SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Təbiətin təklif etdiyi təbii müdafiə vasitələri ilə “qan içən qonaqlara” qarşı mübarizə

Təbiətin təklif etdiyi təbii müdafiə vasitələri ilə “qan içən qonaqlara” qarşı mübarizə

Havanın bir qədər isinməsi ilə bərabər, ağcaqanadlar da ortaya çıxır və bir çoxlarının yuxusuz gecələrinə səbəb olurlar.

Yurd.Media xəbər verir ki, Rusiya KİV-lərində ağcaqanadlarla mübarizə üçün təbiətin təklif etdiyi alternativləri araşdırılıb.

Ağcaqanadların dözə bilmədiyi efir yağları
Lavanda, limonqras, nanə və evkalipt kimi bitkilərdə efir yağlarının qoxusu ağcaqanadların iybilmə reseptorlarını çaşdırır. Onlar bu qoxular içində istiqamət tapa bilmirlər. Sadəcə diffuzora bir neçə damcı yağ əlavə etməklə evin havası dəyişir – ağcaqanadlar üçün dözülməz bir mühit yaranır.

Bu yağları su ilə qarışdırıb pərdələrə, yastıqlara və ya pəncərə çərçivələrinə püskürtsəniz, təsir daha da güclənəcək. Üstəlik lavanda yağı dişləmə halında qaşınmanı da azaldır.

Efir yağlarının güclü qoxusunu sevməyənlər üçün canlı bitkilər alternativdir. Nanə, reyhan, rozmarin, sardunya və limonlu kəklikotu saksılarda pəncərələrdə, eyvanda və ya qapı ağzında yerləşdirildikdə həm interyeri canlandırır, həm də ağcaqanadları uzaqlaşdırır.

Təsiri artırmaq üçün bir neçə yarpağı əzin – ətir daha da güclü olacaq. Bu bitkiləri dəmləyib soyutduqdan sonra spreylə evə sıxmaq isə tamamilə təbii və təhlükəsiz ev spreyi effektini verir.

Uzun illər sınanmış daha bir üsul: alma sirkəsi.

Onun qoxusu ağcaqanadların istiqamətini pozur və pəncərələrə yaxınlaşmalarının qarşısını alır. Sirkəni su ilə qarışdırıb otağın künclərinə püskürtmək, ya da sadəcə stəkanda pəncərənin üstünə qoymaq kifayətdir.

İçinə darçın yağı və ya limonqras efiri əlavə etsəniz, təsir ikiqat olar.

Təbii vasitələr nə qədər təsirli olsa da, evdə durğun su qalıbsa, nəticə verməyəcək. Güllərin su qabları ağcaqanadların artması üçün ideal mühitdir.

Qeyd edək ki, qan soran ağcaqanadlar (lat. Culicidae) – uzun bığlı ikiqanadlılar (Nematocera) dəstəsinin bir ailəsidir və yalnız dişi fərdləri insan qanı ilə qidalanır.