SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sumqayıtda məşhur  AQS Dental Center” klinikasında qanunsuzluq aşkarlandı

Sumqayıtda məşhur "AQS Dental Center” klinikasında qanunsuzluq aşkarlandı

  • 25 dekabr 2025, 11:19

Sumqayıt şəhərində fəaliyyət göstərən "AQS Dental Center” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Səhiyyə Nazirliyinin tibbi nəzarət şöbəsi tərəfindən yoxlama aparılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız stomatoloji iş və fəaliyyətlə, özəl praktiki-tibbi fəaliyyətlə məşğul olma faktı aşkarlanıb. 

Nəticədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi məlum olub.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə klinika 6 min manat məbləğində cərimə edilib.

Qeyd edək ki, "AQS Dental Center”in baş direktoru Cavid Abışovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları