SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Ramazan ayından sonrakı qidalanma QAYDALARI

Ramazan ayından sonrakı qidalanma QAYDALARI

  • 20 mart 2026, 17:56

Ramazan ayının bitməsi həm də oruc tutanların normal qidalanma rejiminə keçməsi deməkdir. Bir ay ərində gündə iki dəfə qidalanmaq bağırsaq və həzm sistemində dəyişikliklərə və maddələr mübadiləsinin sürətinin azalmasına gətirib çıxarır. Lakin diyetoloqlar birdən-birə normal rejimə qayıtmağın da düzgün olmadığını deyirlər.

Yurd.Media xəbər verir ki, həkim-diyetoloqlar Ramazan ayından sonra mütləq bir sıra qaydalara əməl edilməli olduğunu deyir.

İlk növbədə səhər yeməklərinə diqqət yetirilməlidir. Çox xəfif yeməklər - süd məhsulları, yulaf, sıyıq və digər yeməklərdən istifadə edilməli, bol su içilməlidir. Bəzi qidalardan, xəmir yeməklərindən və ağır şirniyyatlardan çəkinmək lazımdır. Digər bir qayda isə mümkün olduğu qədər fiziki hərəkətlər etməkdən ibarətdir”.

Bayramda yağlı qidalar və kabab növlərini yeyənləri isə ciddi çəki artımı və həzm problemi gözləyir. Bunun qarşısını almaq üçün ət yeməklərini minimuma endirmək, meyvə-tərəvəzlərə və salata daha çox yer verilməlidir. Şirniyyatı isə qida rasionundan ya çıxarmaq, ya da miqdarını azaltmaq lazımdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları