İftardan 1,5-2 saat sonra açıq havada gəzmək həzm prosesinin rahat getməsinə kömək göstərir, zəifləyən metabolizmi sürətləndirir və bunun nəticəsində çəkinin artmasının qarşısı alınır.
Yurd.Media xəbər verir ki, yatmazdan əvvəl qatıq yemək məsləhətdir. Bu, bədəndə mayenin saxlanmasını tənzimləyir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.
Eyni zamanda qeyd edək ki, Ramazan ayında oruc tutanların qidalanma rejimi adi günlərdəki qidalanmadan tam fərqlənir. Həmin ayda balanslı və keyfiyyətli qidalanmaya daha çox diqqət etmək lazımdır. Yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluq daha çox hiss olunur. Ona görə də imsaq və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların kifayət qədər və balanslı olaraq qəbulu mühümdür. Həmin maddələrlə zəngin qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir. Bu baxımdan imsak və iftar zamanı faydalı qidaların qəbul olunmasına çalışmaq lazımdır.