SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Qatığa bunu əlavə edin - Metabolizm sürətlənəcək, çəki vermək asanlaşacaq

Qatığa bunu əlavə edin - Metabolizm sürətlənəcək, çəki vermək asanlaşacaq

Təbii probiotik mənbəyi olan qatıq, həzm sisteminə faydaları ilə ön plana çıxır. Digər tərəfdən qatığa əlavə edilən bir ədviyyatın; şişkinlikdən həzmsizliyə, yavaşlayan metabolizmdən inad edən artıq çəkilərə qədər bir çox problemə qarşı olduqca faydalı olduğu bildirilir. 

Yurd.Media Türkiyə mətbuatında qatığın insan üçün faydasından bəhs edən araşdırmanı təqdim edir:

Qatıq, süfrələrimizin vazkeçilməz qidalarının başında gəlir. Həm tox tutucu xüsusiyyəti ilə, həm də bağırsaq dostu quruluşu ilə xüsusilə pəhriz edənlərin ilk seçimi olur. Digər tərəfdən, qatığın təmin etdiyi faydaları artıran, həzmsizliyi və şişkinliyi yüngülləşdirən bir ədviyyat olduğu bildirilir. Bu ədviyyatın həzm sisteminə olan faydalarının qatıqla birləşdikdə daha da ön plana çıxdığı deyilir.

METABOLİZMA SÜRƏTLƏNİR, ÇƏKİ VERMƏK ASANLAŞIR!

Çəki problemi yaşayan bir çox insan, az yeməsinə baxmayaraq niyə çəki verə bilmədiyini sorğulayır. Bu vəziyyətin təməlində adətən yavaşlayan metabolizma dayanır. Metabolizma sürəti düşdükcə, bədən aldığı kaloriləri depolamağa meyilli olur və yağ yandırma çətinləşir. Halbuki bəzi qida və ədviyyatlarla metabolizmanı təbii yolla sürətləndirmək mümkündür.

Bu nöqtədə, qatığın içinə bir çay qaşığı sarıkök əlavə etməyin metabolizmi sürətləndirdiyi və həzmsizlik probleminə qarşı olduqca faydalı olduğu bildirilir. Sarıkökün tərkibində olan kurkumin maddəsi, bədəndə iltihab yaranmasını azaldaraq həzmi asanlaşdırmağa töhfə verir.


Həzm sisteminə kömək edən sarıkök, qaraciyər dostu olması ilə də ön plana çıxır. Budur metabolizminizi sürətləndirmək üçün etməli olduğunuz şeylər:

ƏRZAQLAR

3 xörək qaşığı qatıq

 1 çay qaşığı toz sarıkök

 1/4 çay qaşığı təzə çəkilmiş qarabiber (istəyə bağlı)

QEYD: Sağlamlıq baxımından faydaları ilə tanınan qatıq-sarıkök kürü, həddindən artıq miqdarda istehlak edildikdə mənfi təsirlərə səbəb ola bilər. Xüsusilə xroniki xəstəliyi olan fərdlərin və həssas metabolizmaya sahib şəxslərin bu qarışımı mütləq həkimə məsləhətləşərək istifadə etmələri tövsiyə olunur.

Prime Leasing