Naxçıvan Muxtar Respublikası Qan Bankı və Qan Köçürmə Mərkəzinin tibbi infrastrukturu təkmilləşdiriləcək.
Bu barədə “Yurd.Media”ya muxtar respublikanın Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mərkəzin müasir tibbi avadanlıqlarla təchiz olunması nəzərdə tutulub və bununla bağlı müvafiq hazırlıqlara başlanılıb.
Qeyd edilib ki, müəssisənin tibbi infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində aferez cihazı, trombosit toplama cihazı, plazmaforez cihazı, qan bankı soyuducu və dondurucu və s. bu kimi dəyəri ümumilikdə 2,7 milyon manat olan bir sıra avadanlıqlar sifariş verilib.