SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Mütəxəssislərdən zero içkilərin orqanizmə təsiri barədə XƏBƏRDARLIQ

Mütəxəssislərdən "zero" içkilərin orqanizmə təsiri barədə XƏBƏRDARLIQ

  • 24 avqust 2026, 23:34

Süni şirinləşdirici maddələr əsasında istehsal olunan "zero" içkilərin insan sağlamlığına olan təsiri ilə əlaqədar yeni elmi araşdırmalar diqqət mərkəzindədir.

Yurd.Media xəbər verir ki, aparılan tədqiqatlar göstərir ki, bu tip içkilər qısamüddətli perspektivdə qanda şəkər səviyyəsini yüksəltməsə də, uzun müddət ərzində müntəzəm qəbulu tip 2 diabet xəstəliyinə tutulma ehtimalını artıra bilər.

Mütəxəssislər bildirirlər ki, bu içkilərin formulasında olan aspartam, sukraloz və sair süni şirinləşdirici komponentlər bağırsaq mikrobiotasına zərərli təsir göstərmə potensialına malikdir. Belə təsir nəticəsində orqanizmdə metabolik proseslərin pozulması və insulinə qarşı həssaslığın zəifləməsi baş verə bilər.

Bir sıra elmi işlər "zero" kateqoriyalı içkiləri daimi istehlak edən insanlarda həm piylənmə, həm də şəkərli diabet riskinin yüksəldiyini müəyyən edib. Bununla belə, tədqiqatçılar vurğulayır ki, əldə olunan bu nəticələr hələlik tam səbəb-nəticə əlaqəsini təsdiqləmir.

Qeyd olunmalıdır ki, sağlamlıq sahəsinin mütəxəssisləri ən optimal seçim kimi təmiz su və şəkər əlavə edilməmiş təbii içkiləri məsləhət görürlər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları