Meyit donordan orqan köçürülməsi üçün müraciət edənlərin sayı çoxalıb.
Yurd.Media xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
Azərbaycanda orqan transplantasiyası üçün növbədə gözləyənlərin sayı ötən dövrlə müqayisədə çoxdur.
Onun sözlərinə görə, buna səbəb insanlarda artıq meyit donordan transplantasiyaların uğurlu olmasına inamın artmasıdır:
"Hazırda ölkədə 4 min 642 nəfər insan böyrək çatışmazlığı səbəbindən dializ müalicəsi alır. Bildiyimiz kimi bu insanlara bir il ərzində 15 minə yaxın pul ayrılır. Həmin şəxslərin 90 faizinə donor lazımdır. Amma onlar inanırdılar ki, donor yoxdur. İndi isə meyit donorların sayı artıb və buna görə gözləyən insanların sayında da artım müşahidə olunur. Artıq vətəndaşlarımız bu barədə ümidlidir".