SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Kariyes və diş əti xəstəliklərinə qarşı təbii mübarizə üçün QİDALAR

Kariyes və diş əti xəstəliklərinə qarşı təbii mübarizə üçün QİDALAR

  • 10 oktyabr 2025, 14:28

Qoz-fındıq, küncüt, kakao və ondan hazırlanan məhsullar - dişlərinizin sağlamlığı üçün vacib qidalardır.

Bunu Yurd.Media-ya müsahibəsində stomatoloq Nicat Həsənov bildirib.

Diş həkiminin bildirdiyinə görə, küncütü tərkibindəki yüksək kalsium miqdarına görə bütün salatlara əlavə etmək məsləhətdir, çünki bu dişin sərt toxumalarını möhkəmləndirir.

Dişlərin möhkəmləndirilməsi üçün bütün növ qoz-fındıq məhsulları faydalıdır. Gündə cəmi 50 qram qoz-fındıq bədən quruluşuna zərər vermədən sağlamlaşdırıcı təsir göstərə bilər.

Təmiz kakao - dişlərin möhkəmləndirilməsi üçün əvəzolunmaz olan maqnezium mənbəyidir. Bu məhsul kariyes və mina dağılmasına səbəb olan bakteriyaları məhv edə bilir, selikli qişa və diş ətlərində zərərli mikrofloranın miqdarını azaldır, bununla da parodont xəstəliklərinin qarşısını alır. Təmiz kakao şirniyyata olan istəyi azaldır və orqanizm üçün faydalıdır, lakin ona şəkər əlavə edildikdə bu fayda itirilir.

Stomatoloq Nicat HəsənovStomatoloq Nicat Həsənov

Diş həkimi sağlamlıq üçün vacib olan digər məhsullar arasında yağlı balıq növlərini, yaşıl çay göyərtini də qeyd edib. Göyərtinin tərkibində insan həyat fəaliyyəti üçün vacib olan prebiotiklər var. Yeməkdə göyərti və pendirin birləşməsi isə lazımi kalsium normasını təmin edir. Həkim xüsusilə cəfəri və kərəviz qəbul etməyi tövsiyə edir.

Çay yarpaqlarında olan böyük miqdarda flüor iltihabların inkişafının qarşısını ala bilir və diş toxumalarında dağıdıcı proseslərin profilaktikası üçün xidmət edir. Həmçinin flüor sidikqovucu təsirə malikdir, yəni qan dövranını sürətləndirir və toxumalardan toksinlərin tez çıxarılmasını stimullaşdırır - deyə Nicat Həsənov izah edib.

Balıq seçərkən qızılbalıq, forel, skumbriya kimi növlərə diqqət yetirməyi məsləhət görür. Onlar D vitamini ilə zəngindir. D vitamini kalsiumun mənimsənilməsinə kömək edir, minanın zəifləməsinin və kariyesin yaranmasının qarşısını alır. Bundan əlavə, balıq yeməkləri diş əti xəstəliklərinin qarşısını alan, dişlərin tərpənməsinin və düşməsinin qarşısını alan Omega-3 mənbəyidir.

Prime Leasing