SÜJET
İdman edən insanlar qidalanmalarına diqqət etməlidirlər, çünki bəzi qidalar məşqin effektivliyini azalda bilər.
Bunu Yurd.Media-ya Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Valid Novruzov deyib.
Onun sözlərinə görə, qazlı və şəkərli içkilər bədəni susuzlaşdırır və enerjini müvəqqəti artırsa da, tez bir zamanda yorğunluq yaradır:
"Fast food və qızardılmış yeməklər həzm sistemini yükləyərək məşqdən əvvəl və sonra ağırlıq hissi yaradır”.
O, vurğulayıb ki, meyvə-tərəvəz və su ən yaxşı seçimdir:
“Həmçinin, süni qatqılar və konservantlarla zəngin olan məhsullar bədəndə lazımsız maddələrin toplanmasına səbəb ola bilər. Buna görə də, idman edərkən təbii və balanslı qidalar qəbul etmək vacibdir. Təzə meyvə-tərəvəz və bol su içmək daha yaxşı seçimdir”.