SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Günəş kremlərini nə qədər etibarlı hesab etməliyik?

Günəş kremlərini nə qədər etibarlı hesab etməliyik?

Yay fəsli ilə birlikdə günəş şüalarının zərərli təsirlərindən qorunma vaxtı da gəldi. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə günəşə uzun müddət məruz qalmaq, dəridə su ilə dolu qabarcıqlar yaradacaq səviyyədə günəş yanığının əmələ gəlməsi gələcək illərdə dəri xərçəngi inkişafı riskini artırır.

Dəri xərçənginin qarşısını almağın yolları arasında günəşin zərərli şüalarından qorunmaq ilk sırada gəlir.

Bunun üçün bəzi vacib nöqtələrə diqqət yetirilməsi və müntəzəm günəş qoruyucularından istifadə edilməsi lazımdır. Günəşdən qorunmaq üçün gündəlik olaraq günəş qoruyucularından müntəzəm istifadə etmək çox vacibdir. Lakin bununla yanaşı qoruyucu geyim geyinmək və günəşdən çəkinmək lazımdır. Son yüz il ərzində günəşlənmə vərdişinin ortaya çıxması ilə bütün dünyada dəri xərçəngi hallarında artım baş verdiyini bildirən Dermatoloq Dr. Ümit Bostancı, "Günəş şüaları dəri qırışlarının, yaşlanmasının, ləkələnməsinin və xərçənginin əsas səbəbidir. Dermatoloqlar adətən xəstələrinə günəşdən qorunmağı tövsiyə edirlər. Cəmiyyəti bu mövzuda maarifləndirmə səylərinə baxmayaraq, dəri xərçənginin tezliyi hər il artmaqdadır" dedi.

Günəşdən qorunma faktoru (Sun Protection Factor-SPF) günəş qoruyucu məhsulun dərini günəş şüalarının yaratdığı dəri qızartısından qoruma qabiliyyətini ifadə etdiyini bildirən Uzm. Dr. Ümit Bostancı, "Bir günəş qoruyucu kremin suya davamlı olması üçün 40 dəqiqə su içində qaldıqdan sonra SPF dəyərinin dəyişməmiş olması, yəni ilk çəkildiyi andakı kimi qoruması lazımdır.

Günəş qoruyucuları dəridə qıcıqlanma və kontakt ekzemasına səbəb ola bilərlər. Allergiyaya günəş qoruyucunun tərkibindəki kimyəvi maddələr səbəb olur. Gündəlik müntəzəm günəş qoruyucudan istifadənin dəridə D vitamini sintezini əngəlləmir.

Losyon və krem formasında günəş qoruyucular ən çox istifadə edilən məhsullardır. Yağlı dərilərdə losyonlar, quru dərilərdə kremlər üstünlük verilməlidir. Günəş kremləri 3-4 saat qədər qoruma təmin edir, sonra yenidən çəkilməsi lazımdır. Günəşdən qorunmaq üçün təkcə günəş qoruyucular kifayət etməz. Ona görə geyimlə qorunduğumuz qədər diqqətli də olmalıyıq. Xüsusilə pambıq geyimlər əhəmiyyətli bir günəşdən qoruma təmin edərkən geniş kənarlı şlyapalar üz üçün xüsusilə yaxşı qoruma təmin edirlər.

Bazarda bir çox günəş qoruyucu məhsul seçimi mövcuddur. Xəstələrin dəri tiplərinə və ehtiyaclarına görə qoruyucunu seçməsinə kömək etmək çox vacibdir. Açıq dərili sarışın insanlar ən azı SPF 50 günəş qoruyucular istifadə etməlidirlər. Günorta saatlarında günəşdə qalmamalıdırlar. Əhəmiyyətlə qeyd edilməsi lazım olan nöqtə heç bir günəş qoruyucu krem dərini tam olaraq qorumaz. Məhsullar dərini sağlam və gənc saxlamaq üçün gündəlik müntəzəm istifadə edilməlidir.

Prime Leasing