SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Günəş kremi kifayət etmir: Dəri xərçəngindən qorunmağın sirrləri açıqlandı

Günəş kremi kifayət etmir: Dəri xərçəngindən qorunmağın sirrləri açıqlandı

Günəşdən qoruyucu vasitələrdən istifadə dəri sağlamlığının qorunmasında vacib addımlardan biri hesab olunsa da, mütəxəssislərin fikrincə, təkcə bununla kifayətlənmək düzgün deyil. Artan dəri xərçəngi hallarından effektiv qorunmaq üçün gündəlik vərdişlərə yenidən baxmaq və əlavə ehtiyat tədbirləri görmək zəruridir.

Yurd.Media xəbər verir ki, mütəxəssislər dəri xərçəngi bütün dünyada ən çox rast gəlinən xərçəng növlərindən biri olduğunu və son illər bu xəstəliyin yayılma tezliyinin nəzərəçarpacaq dərəcədə artdığını bildirirlər. Bu baxımdan, günəş şüalarının təsirindən qorunmaq yalnız krem istifadəsi ilə məhdudlaşmamalıdır.

Mütəxəssislər vurğulayırlar ki, ən azı SPF 30 olan və geniş spektrli günəş kremlərinə üstünlük verilməli, vasitə günəşə çıxmazdan əvvəl dəriyə çəkilməli və hər 2–3 saatdan bir yenidən tətbiq olunmalıdır.

Eyni zamanda qeyd edilir ki, günəşdən qorunma tədbirləri kompleks şəkildə həyata keçirilməlidir. Şapka və gün eynəklərindən istifadə, kölgədə qalmağa üstünlük verilməsi, günəşin ən intensiv olduğu pik saatlarda açıq havada olmamaq, eləcə də qoruyucu geyimlərdən yararlanmaq riski əhəmiyyətli dərəcədə azalda bilər.

Həmçinin bildirilir ki, müntəzəm dəri müayinələri və bədəndə yaranan ləkə və dəyişikliklərə diqqətli yanaşmaq erkən diaqnoz baxımından xüsusi əhəmiyyət daşıyır. Onların fikrincə, kiçik ehtiyat tədbirləri ilə gələcəkdə ciddi sağlamlıq problemlərinin qarşısını almaq mümkündür.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları