SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Gənclərdə unutqanlığın artmasının ƏSAS SƏBƏBLƏRİ

Gənclərdə unutqanlığın artmasının ƏSAS SƏBƏBLƏRİ

  • 02 sentyabr 2026, 23:57

Son dövrdə gənc nəsil arasında unutqanlıq problemi ilə daha tez-tez qarşılaşılır.

Yurd.Media xəbər verir ki, bu fikirləri psixoloq Nabat Mirzəyeva bildirib.

O, gənc insanlarda unutqanlığın yaranma səbəblərini izah edib:

"Unutqanlığın başlıca səbəbi müasir dövrdə informasiya bolluğunun mövcud olmasıdır. İnformasiya bolluğu dedikdə, bu gün sosial şəbəkələrə aludəçilik və orada izlədiyimiz videoları nəzərdə tuturuq. Çünki həmin məlumatların beynimiz tərəfindən süzgəcdən keçirilməsi belə beyni qaçılmaz olaraq yorur.

Yəni sosial şəbəkələrdə bir videoya baxdıqdan dərhal sonra digər videolar bir-birinin ardınca ekranımıza gəlir. Bu vəziyyət beyni həm yorur, həm də yükləyir. Belə olan halda beyin yükləndiyinə görə başqa məlumatların təhlili və mənimsənilməsində çətinliklər yaranmağa başlayır".

Mütəxəssis vurğulayıb ki, həddindən artıq internet və telefon istifadəsi insanlarda diqqət dağınıqlığına yol açır:

"Bu diqqət dağınıqlığı insanlara, xüsusilə gənclərə mənfi şəkildə təsir göstərir. Məsələn, gördüyümüz hər hansı bir işi beynimiz tam şəkildə mənimsəyə bilmir. Çünki beynimizdə o qədər çoxlu informasiya yığılır ki, bu informasiyalar digər məlumatların yerli-yerinə düşməsinə imkan vermir. Gündən-günə daha çox informasiyanın qəbul edilməsi, sosial media platformalarında vaxt sərf etmək beynimizi yorğunlaşdırmağa başlayır. Beyin və bədən yorğun olduğuna görə digər məsələlərə artıq vaxt qalmır. Bu da nəticə etibarilə unutqanlığa gətirib çıxarır".

Psixoloq həmçinin onu da qeyd edib ki, yuxu rejiminin pozulması da yaddaşa zərərli təsir göstərir:

"Hazırda bəzi gənclər gecə saat 4-5-ə qədər yatmırlar. Üstəlik, bu vaxtı sosial şəbəkələrdə keçirirlər. Düzgün yuxu rejimini tətbiq etmədikləri üçün qaçılmaz olaraq həm bədən, həm də beyin yorulur. Bu yorğunluq isə 2-3 gün sonra öz təsirini göstərməyə başlayır. Nəzərə almaq lazımdır ki, beyin yorulanda bədən də yorulur. Lakin bədən yorulanda beyin mütləq yorulmur. Beyni yorğun olan insanlar gündəlik həyatın tempinə qaçılmaz şəkildə ayaq uydurmaqda çətinlik çəkirlər və bu da öz növbəsində unutqanlığa səbəb olur".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları