SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Əyləncədən fəlakətə: Psixoloqlar mərc oyunlarından asılılığının anatomiyası açıqlayıb

Əyləncədən fəlakətə: Psixoloqlar mərc oyunlarından asılılığının anatomiyası açıqlayıb

  • 07 oktyabr 2025, 14:52

Mərc oyunlarına xəstəlik dərəcəsində aludəçilik insanlığın ən qədim pis vərdişlərindən biridir və tez-tez intiharla nəticələnir. Mərc növləri nə qədər çoxdursa, cazibə də bir o qədər yüksəkdir. Hər il minlərlə insan bu ölümcül tora düşür. 

Yurd.Media xəbər verir ki, britaniyalı mütəxəssislər kazino və mərc oyunları asılılığının psixologiyasında üç inkişaf mərhələsini müəyyənləşdiriblər:

1. "Gülən oyunçu".  Oyun onun üçün əyləncədir, qazanmaq sevinc gətirir, məğlubiyyət isə azacıq kədərləndirir. O, məğlubiyyətə fəlsəfi yanaşır: başqa dəfə bəxti gətirəcək, sadəcə uğursuz gün oldu və s.

2. "Ağlayan oyunçu". Borclar meydana gəlir və sürətlə artır. Onları qaytarmaq lazımdır, lakin bunu etmək üçün vəsait yoxdur. Tezliklə gülümsəyəcək uğura fanatik inam yaranır.

3. "Ümidsiz oyunçu".Həyatda boşluq əmələ gəlir: iş, dostlar itirilir, ailə dağılır. Borclar. Oynamağı dayandırmaq mümkün deyil. İnsan uçuruma düşdüyünü anlayır, lakin asılılıq daha güclüdür. Oynamadıqda, o, narkotik kəsilməsinə bənzər hisslər keçirir. İştaha olmur, baş ağrıyır, ağır depressiya yaranır. İntihar düşüncələri tez-tez ziyarət edir.

Bəs totalizatorlara asılılıq nə üçün inkişaf edir?

Psixoloqlar qeyd edir ki, oyun - zənginləşməyin sürətli, əziyyətsiz yolu hesab olunur:

"Bu bir meyldir. O, illüziyalar və fantaziya qurmaq istəyi ilə əlaqəlidir. Əksər mərc edənlər yüksək ambisiyalara və şişirdilmiş özünə inamlara malikdirlər. Qumar asılılığına meyllilik göstərən insanlar üçün paxıllıq, tamahkarlıq və eqosentrizm xarakterikdir".

Qeyd edək ki, hazırda Azərbaycanda qumar və mərc oyunları sahəsində yalnız müəyyən şirkətlərə qanuni fəaliyyət hüququ verilib:

- “Azərlotereya” ASC – dövlət nəzarətində olan bu qurum idman mərc oyunları və lotereya təşkilatçılığı ilə məşğuldur. Onun vasitəsilə idman oyunlarına mərc etmək mümkündür.
- “Topaz” – ölkədə yeganə qanuni idman mərc platformasıdır. O, qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərir.

Prime Leasing