SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Evdə hazırlanmış yağlara nə qədər güvənmək olar? - Ekspertdən XƏBƏRDARLIQ

Evdə hazırlanmış yağlara nə qədər güvənmək olar? - Ekspertdən XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə müxtəlif xəstəliklərin müalicəsində təsirli olduğu iddia edilən bitki yağları satışa çıxarılıb. 

Yurd.Medya xəbər verir ki, satıcılar bu məhsulların ev şəraitində hazırlandığını və tam təbii olduğunu bildirirlər. Məsələn, 250 ml qara qanqal yağı 23 manata, 250 ml kətan yağı isə 17 manata təklif olunur.

Tibbi məsələlər üzrə ekspert Qalib Əsədov "Xəzər Xəbər"-ə bildirib ki, bu cür yağlar insan sağlamlığı üçün təhlükəli ola bilər. Onun sözlərinə görə, ev şəraitində çəkilən bu yağların tərkibi və gigiyenik şəraiti məlum olmadığı üçün, onları müalicə məqsədilə istifadə etmək orqanizmə ciddi zərər vura bilər.

“Bəzən adi günəbaxan yağı marketdən alınıb, evdə şüşəyə doldurularaq başqa adla təqdim olunur. Biz bilmirik ki, bu yağın təmizlənmə dərəcəsi nə səviyyədədir, həqiqətən də həmin bitkidən əldə olunub, ya yox”, – deyə ekspert vurğulayıb.

Ekspert əlavə edir ki, apteklərdə satılan tibbi yağlar xüsusi laborator analizlərdən keçdikdən sonra istifadəyə buraxılır. Sosial şəbəkələrdə satılan məhsullarda isə bu cür yoxlamalar aparılmadığından onların tərkibində zərərli maddələrin olması mümkündür.

Mütəxəssislər vətəndaşlara bu cür məhsulları alarkən diqqətli olmağı, yalnız etibarlı mənbələrə güvənməyi tövsiyə edirlər. Çünki ev şəraitində hazırlanmış və yoxlanılmamış yağların istifadəsi sağlamlıq üçün risk yarada bilər.