SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Dəri xəstəliklərinin bəziləri stressə görə yaranır

Dəri xəstəliklərinin bəziləri stressə görə yaranır

  • 16 avqust 2026, 23:56

Mövcud tibbi məlumatlara görə, təqribən 2500-ə yaxın dəri xəstəliyi növü mövcuddur. Bu xəstəliklərin böyük əksəriyyətinin mənşəyində və təsnifatında psixoloji və sinir amillərinin mühüm rol oynadığı qeyd edilir.

Yurd.Media xəbər verir ki, bu mövzuda professor Zülfüqar Fərəcov açıqlama verib.

"Sinir amili xüsusilə neyrodermit, ekzema və atopik dermatit kimi xəstəliklərdə daha qabarıq şəkildə özünü göstərir.

Xəstələrin müayinəsi zamanı aşkar olunur ki, mərkəzi sinir sistemi ilə yanaşı, vegetativ və simpatik sinir sistemi də patoloji prosesə qoşulur.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qaşınmanın əsas kökü sinir faktorları ilə bağlıdır. Həkim olaraq qeyd etmək lazımdır ki, əgər qaşınma problemi aradan qaldırılsa, bir çox dəri xəstəliklərinin müalicəsi xeyli asanlaşar.

Bəzi xəstələrdə dərinin intensiv qaşınması nəticəsində qanaxma baş verir və bu proses onlarda müvəqqəti rahatlıq hissi yaradır". 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları