SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Dəri xərçəngi ilə müraciətlər artır: öldürücü günəş şuasından necə qorunmalı?

Dəri xərçəngi ilə müraciətlər artır: öldürücü günəş şuasından necə qorunmalı?

  • 02 iyul 2026, 23:35

Yay mövsümünün ən aktual məsələlərindən biri günəş şüalarından faydalanmaqla bərabər, onların törətdiyi zərərlərdən qorunmaqdır. Son dövrdə dəri xərçənginin (melanoma) geniş yayılmasına dair məlumatlar diqqət çəkir. Bəzi mütəxəssislər bunu dəriyə zərərli təsir göstərən günəş radiasiyası ilə əlaqələndirir, digərləri isə dərinin müdafiəsi üçün tətbiq olunan kremləri səbəb kimi göstərir.

Məlum olduğu kimi, dərini yüksək dozalı ultrabənövşəyi şüalanmadan mühafizə etmək məqsədilə SPF (Sun Protection Factor) tərkibli kremlər mövcuddur. Bu kremlərin müxtəlif çeşidləri bazarda geniş təqdim olunur.

Yurd.Media xəbər verir ki, dermatoloqlar xəbərdarlıq edir ki, həddindən artıq günəş şüalarına məruz qalma dəridə ciddi fəsadlara yol açır:

"Yay aylarında günəş daha da fəallaşır, havanın isti keçməsi səbəbindən insanlar açıq geyimlərə üstünlük verirlər. Bu isə dərini birbaşa aktiv günəş radiasiyasının təsirinə açıq qoyur. Buna görə də günəşdən müdafiə olunmaq son dərəcə vacibdir. Günəş şüalarının tərkibində infraqırmızı və ultrabənövşəyi radiasiya mövcuddur. Bu şüalar dəridə müxtəlif ləkələrin əmələ gəlməsinə səbəb ola bilir. Aktiv günəş altında bir neçə saat qaldıqda dəridə suluqların yaranmasına qədər inkişaf edən yanıq halları baş verir.

Daimi olaraq açıq günəş şüaları altında qalma nəticəsində dəri xərçənginin formalaşmasını müşahidə edirik. Son illərdə dəri xərçəngi ilə əlaqədar müraciətlərin sayı olduqca artıb. Məsləhət görürəm ki, evdən çıxarkən mütləq qaydada dərinin açıq hissələrinə – üz, sinə, boyun nahiyələrinə günəşdən qoruyucu kremlər tətbiq edəsiniz. Bu kremlər dərini müəyyən dərəcədə günəşin mənfi təsirlərindən mühafizə edir".

Həkimlər qeyd edir ki, qoruyucu krem sürtülsə belə, günəş altında uzun müddət qalmaq məqsədəuyğun deyil:

"Günəşdən qoruyucu krem çəkib, saatlarla günəş altında uzanmaq yolverilməzdir. Günəş şüalarını müəyyən saat aralığında – səhər saat 11-ə qədər və günortadan sonra saat 4-dən etibarən qəbul etmək lazımdır. İlk dəfə yarım saat müddətində günəşə çıxmaq, sonra isə bu vaxtı tədricən artırmaq olar. Dəri kifayət qədər piqment toplayana və bir qədər rəngi tündləşənə qədər bu qaydaya riayət etmək vacibdir ki, aktiv günəşdə dəri yanmasın".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları