Beyləqanda Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası təşkil olunub.
Yurd.Media xəbər verir ki, könüllü qanvermə aksiyası Beyləqan Rayon İcra Hakimiyyəti, “Respublika Qan Bankı” publik hüquqi şəxsi və “Beyləqan RMX”sı publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Gənclər Evində keçirilib.
Aksiyada Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının rəhbəri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivi, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Aksiya çərçivəsində bütün donorların ilkin sağlamlıq müayinəsi aparılıb, onların qan verməyə uyğunluğu müvafiq qaydada yoxlanılıb. Tibbi personal tərəfindən qanvermə prosesi təhlükəsiz və sanitariya-normalara uyğun şəkildə təşkil edilib.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram ölkəmizdə minlərlə insanın sağlam gələcəyinə ümid verir və donorluğun təşviqi, xəstəliklərin qarşısının alınması sahəsində əhəmiyyətli rol oynayır.