2024-cü illə müqayisədə səhiyyə xərcləri 40 faiz artır.
Yurd.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, icbari tibbi sığorta ildə 5 milyona qədər insana xidmət edir.
S.Babayev qeyd edib ki, bir çox insanların icbari tibbi sığorta haqları dövlət tərəfindən ödənilir. Nazir vurğulayıb ki, qeyri-formal məşğulluqla məşqul olan, öz gəlirini gizlədən şəxslərin sığorta haqqı dövlət tərəfindən ödənilmir.
Nazir qeyd edib ki, növbəti illərdə də səhiyyə sahəsinə ayrılan vəsait artırılacaq.