SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
AZAL təyyarəsinin İranda təcili etməsinin təfərrüatı

AZAL təyyarəsinin İranda təcili etməsinin təfərrüatı

  • 11 iyun 2025, 12:01

Bakı sakininin həyatını xilas etmək üçün Rəştdə Azərbaycan təyyarəsi təcili eniş edib.

Həcc ziyarətindən qayıdan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi, səfər zamanı sərnişinlərdən birinin halının qəfil pisləşməsi səbəbilə, İranın Gilan vilayətində yerləşən Rəşt şəhərinin Sərdar Cəngəl Beynəlxalq Hava Limanına təcili eniş edib.

Yurd.Media-nın məlumatına görə, hadisə iyun ayının 10-da, yerli vaxtla saat 18:45 radələrində baş verib. Airbus A320 tipli təyyarə tibbi fövqəladə vəziyyət elan etdikdən sonra hava limanının dispetçer qülləsi ilə əlaqə saxlayıb və 13 dəqiqə sonra – saat 18:58-də uğurla eniş edib.

Rəşt Hava Limanının Təcili Yardım xidməti və təcili tibbi briqadalar enişdən dərhal sonra hadisə yerinə cəlb olunub. Halı pisləşən şəxs, 54 yaşlı Bakı sakini, xəstəxanaya aparılaraq, ürək çatışmazlığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Gilan əyalətinin Səhiyyə Nazirliyi protokollarına uyğun şəkildə aparılan tibbi müdaxilələr nəticəsində xəstənin vəziyyətinin sabitləşdiyi bildirilib.

Gilan vilayətinin valisi Hadi Həqqşinas və Gilan Tibb Universitetinin rektoru Dr. Məhəmmədtəqi Aşubi hadisədən sonra Rəşt şəhərində yerləşən Aria xəstəxanasına baş çəkərək xəstənin vəziyyəti ilə tanış olublar.

Gilan qubernatoru doktor Hadi Haqşenas jurnalistlərə deyib:

"Fövqəladə hal zamanı əlaqələndirmə və peşəkar tibbi müdaxilə sayəsində Azərbaycan vətəndaşının həyatı xilas olundu. Gilan vilayətində bu cür hallara hazır olduğumuzu bir daha sübut etdik".

Dr. Aşubi də hadisəyə operativ reaksiya verən bütün aidiyyəti qurumlara təşəkkür edib və xəstənin yaxın günlərdə öz ölkəsinə qaytarılmasının mümkün ola biləcəyini söyləyib.

Prime Leasing