SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Bakıda uşaq xəstəxanasında antisanitariya - FOTO

Bakıda uşaq xəstəxanasında antisanitariya - FOTO

  • 20 avqust 2026, 13:56
Bakı

Bakıda fəaliyyət göstərən 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağnda antisanitar vəziyyət hökm sürür.

Yurd.Media xəbər verir ki, jurnalist Ramilə Qurbanlının paylaşdığı fotolardan xəstəxananın sanitar qovşağının vəziyyətinin qənaətbəxş olmadığı, kabinələrin qapısının olmadığı, təmizlik və gigiyena baxımından ciddi problemlərin olduğu görünür.

Mövcud vəziyyət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bu xəstəxanasına müraciət edən uşaqların sağlamlığı üçün əlavə risk yarada bilər.

Burada problemin yalnız sanitar qovşaqla məhdudlaşmadığı, xəstəxananın bəzi otaqları və dəhlizlərinin də oxşar vəziyyətdə olduğu bildirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları