SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Zirzəmi su içində, divarlarda çatlar, tavan çöküb: Yataqxana qəzalı vəziyyətdə - VİDEO

Zirzəmi su içində, divarlarda çatlar, tavan çöküb: Yataqxana qəzalı vəziyyətdə - VİDEO

  • 30 noyabr 2025, 10:54
Bakı

Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən, 300 keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxana qəzalı vəziyyətdədir.

Yurd.Media xəbər verir ki, yataqxananın zirzəmisi su ilə dolub, istinad divarlarında çatlar yaranıb, tavanın bir hissəsi isə çöküb.

Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, illər əvvəl həmin yataqxananın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilsə də, onlar indiyədək köçürülməyiblər.

Bakı Su-Kanal İdarəsinin əməkdaşları bina daxilindəki su xəttində yaranmış sızmanı aradan qaldıra biliblər. Qurumdan bildirilib ki, zirzəminin təmizlənməsi isə həftənin ilk iş günündə həyata keçiriləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə məsələni nəzarətdə saxladıqlarını açıqlayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Prime Leasing
SPE Annual Caspian