SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Zəvvarların ilk qrupu Bakıya qayıtdı

Zəvvarların ilk qrupu Bakıya qayıtdı

  • 31 may 2026, 19:32

Bu il həcc ziyarətinə getmiş Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya qayıdıb.

Yurd.Media xəbər verir ki, 130 zəvvarı daşıyan təyyarə bir qədər öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qeyd edək ki, digər zəvvarlar hazırda Məkkədədirlər və bir neçə gündən sonra Mədinəyə yollanacaqlar. İyunun 6-dan etibarən onların Bakıya daşınması başlanacaq. Sonuncu zəvvar qrupu iyunun 9-da Bakıya yola düşəcək.

Xatırladaq ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları