Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı tender elan edilib.
Yurd.Media xəbər verir ki, tender “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən verilib.
Qurum sözügedən tender üçün doxsan milyon doqquz yüz iyirmi dörd min dörd yüz iyirmi yeddi manat ödəməyi planlaşdırır.
Müsabiqə üçün təkliflərin son təqdim olunma tarixi aprelin 27-si saat 15:00-dəkdir.