Masallıda 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib.
Yurd.Media xəbər verir ki, tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov açaraq mülki müdafiənin əhəmiyyətindən, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Daha sonra Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev mülki müdafiə sahəsində həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr və maarifləndirmənin vacibliyi barədə məruzə ilə çıxış edib.
Masallı rayon Dövlət Yanğından Mühafizə Xidməti şöbəsinin rəisi Qabil Nemətov fövqəladə hallara hazırlıq, mülki müdafiə sisteminin təşkili və əhalinin davranış qaydaları barədə məlumat verib.
Tədbirdə digər çıxış edənlər də mülki müdafiənin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd ediblər.