SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Zaqatalada hotelin işləməsinə qadağa qoyuldu - VİDEO

Zaqatalada hotelin işləməsinə qadağa qoyuldu - VİDEO

  • 27 fevral 2026, 21:06
Zaqatala

Zaqatalada hoteldə yanğın təhlükəsizliyi normaları pozulması aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Zaqatala şəhərində yerləşən “Zaqatala” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Xəbərə görə, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilmədiyi məlum olub. Bundan başqa, məlum olub ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib, obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından, habelə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb, obyektin ərazisində Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan tikinti-quraşdırma işləri aparılıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş “Zaqatala” mehmanxanasının fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Zaqatalada hotelin işləməsinə qadağa qoyuldu - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları