SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Cəbrayıl sakinləri üçün fövqəladə hallara hazırlıq tədbirləri keçirilib

Cəbrayıl sakinləri üçün fövqəladə hallara hazırlıq tədbirləri keçirilib

Cəbrayıl

Cəbrayılda “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar maarifləndirici tədbir

Cəbrayıl rayonunda “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub.

Yurd.Media xəbər verir ki, tədbir Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşlarının, eləcə də ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilib. Maarifləndirici görüş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusuna həsr olunub.

Tədbirdə çıxış edənlər Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixindən, həmçinin Azərbaycanın 1993-cü ildən etibarən bu nüfuzlu beynəlxalq təşkilatda təmsil olunmasından bəhs ediblər. Bildirilib ki, cari ildə ölkəmizdə Ümumdünya Mülki Müdafiə Günü məhz ekoloji risklərin idarə olunması mövzusuna həsr edilib və bu istiqamətdə maarifləndirmə işləri davam etdirilir.

Tədbir zamanı iştirakçılara yanğınların söndürülməsi qaydaları, yaralılara ilkin tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması və obyektlərdə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında geniş məlumat verilib. Eyni zamanda ətraf mühitdə radiasiya səviyyəsinin müəyyən olunması, əleyhqaz və digər fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydaları izah edilib.

Qeyd olunub ki, bu cür tədbirlərin əsas məqsədi əhalinin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, təhlükəsizlik mədəniyyətinin təbliği və dayanıqlı gələcəyin təmin edilməsinə töhfə verməkdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları