SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Yeni vəkillərin yalnız 12 faizi bölgələrdə işləyəcək

Yeni vəkillərin yalnız 12 faizi bölgələrdə işləyəcək

  • 17 iyul 2026, 10:44

Yeni vəkillərin yalnız 12 faizi bölgələrdə işləyəcək.

Yurd.Media-nın məlumatına görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində bildirib ki, Azərbaycanda fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb.

A.Bağırov əlavə edib ki, bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək Vəkillər Kollegiyası sıralarına qoşulub:

"Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb. Bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir".

Onun sözlərinə görə, yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır. Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Yeni qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları