SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Yağışlar yonca sahələrini vurdu - QİYMƏTLƏR ARTACAQ

Yağışlar yonca sahələrini "vurdu" - QİYMƏTLƏR ARTACAQ

İmişli

İntensiv yağışlar səbəbindən sahələrdə yonca biçimində problemlər yaşanıb.

Yurd.Media xəbər verir ki, Mil-Muğan bölgəsində bu il biçim prosesi gecikib.

Fermer Mirzə Əsədov "AZTV Xəbər"ə bildirib ki, ümumilikdə gecikmənin 15 gün olacağı gözlənilir.

"İkinci biçin üçün qalxan yoncalar fəsadlar törədəcək. Çünki onlar biçilmiş otun altında qalıb. Bu bizim üçün yenə də əziyyətli olacaq, inkişaf zəifləyəcək".

Yağışın bundan başqa mənfi təsirləri də var.

Mütəxəssis Seymur Əsədovun sözlərinə görə, biçilməmiş sahələrdə yonca bitkisi üçün xəstəliklərin əmələ gəlməsi gözlənilir:

"Biçilməmiş sahələrdə yonca bitkisi üçün xəstəliklər gözlənilir. Biçilmiş sahələr üçün isə acınacaqlı vəziyyətdir. Demək olar ki, İmişli rayon ərazisində yonca sahələrinin 60-70 faizi biçilib. Bunun 50 faizi demək olar ki götürülməyib".

Qeyd olunur ki, hazırkı şərait növbəti mərhələdə qiymətlərə də təsir edəcək.

Prime Leasing