Davam edən yağışlı hava şəraiti ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar.
Daxili İşlər Nazirliyindən (DİN) Yurd.Media-ya bildirilib ki, nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post Patrul Xidməti və digər aidiyyəti əməkdaşlar tərəfindən tənzimlənir, sürücülər və piyadalarla profilaktik iş aparılır:
"Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur. Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində DİN əməkdaşlarının koordinasiyalı fəaliyyəti davam etdirilir".