SÜJET
"Kəndinə qayıt" verilişinin yeni buraxılışında Qubanın Xınalıq kəndinə səyahət edilib.
Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, Xınalıq Qafqaz Albaniyasının qədim tayfalarından olan və Şahdağ xalqlarının nümayəndəsi sayılan xınalıqlıların tarixi məskənidir.
Əfsanəvi Xınalığı daha da maraqlı və sirli edən onun evlərinin qeyri-adi quruluşudur. Buradakı tikililər piramida formasındadır, bir evin həyəti digər evin damına açılır. Evlərin əksəriyyəti ikimərtəbəlidir.
Yuxarı mərtəbə insanların yaşaması, aşağı mərtəbə isə mal-qaranın saxlanılması üçün nəzərdə tutulub. Kənd sakinlərinin dediyinə görə, mal-qara alt mərtəbədə olduqda evlər qışda daha isti olur. Verilişdə, həmçinin kənddə yerləşən Şeyx Şalbuz məscidi haqqında da məlumat verilib.
Xınalıq Tarix-Etnoqrafiya Muzeyinin elmi işçisi İzzət Bağırovun sözlərinə görə, məscidi ziyarət edən Dövlət Turizm Agentliyinin əməkdaşı ibadət yerinin zirzəmisində qədim əlyazmalar aşkar edib:
"Bu əlyazmalar ərəb və fars dillərindədir. Onların bir çoxu Xınalıq xəttatları tərəfindən yazılıb. Əlyazmalar arasında nikah şəhadətnaməsi də var".
Ətraflı süjetdə: