SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Xeyrımlı sakini: Elə bir hadisə baş verdi ki, qorxudan xəstə olduq - VİDEO

Xeyrımlı sakini: "Elə bir hadisə baş verdi ki, qorxudan xəstə olduq" - VİDEO

  • 21 aprel 2025, 23:53

Telli Mirzəyeva Xeyrımlının həsrətini çəkən kənd sakinlərindən biridir.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, onun ən böyük arzusu 33 il əvvəl tərk etdikləri doğma yurda qayıtmaqdır.

Xeyrımlı sakini kəndlərini tərk etdikləri gün yaşadıqları dəhşəti göz yaşları ilə xatırlayıb.

"Qapı qonşumuzda xeyir iş idi. Toy günü gəlini evdə güllələdilər. Qaçhaqaç düşdü, yeməklər qazanlarda qaldı. Çox yaxşı yaşayırdıq, elə bir hadisə baş verdi ki, qorxudan xəstə olduq. Burada yaxşı dolansaq da, vətənimizə qayıtmaq istəyirik", - o söyləyib.

Qeyd edək ki, Xeyrımlı kəndi 1992-ci ilin 8 martında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2024-cü ilin 19 aprelində isə Azərbaycan dövlətinin iradəsi ilə Qazaxın işğal altında olan dörd kəndi, o cümlədən Xeyrımlı bir güllə atılmadan geri qaytarılıb.

Ətraflı süjetdə:

Prime Leasing