SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir

Xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir

  • 26 iyun 2025, 14:01
Astara

"Astara" dövlət sərhəd-buraxılış məntəqəsindən növbəti xarici ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilib.

Yurd.Media xəbər verir ki, gecədən bəri təxliyə olunanlar arasında yaponiyalı diplomatlar, Avstraliya, Niderland, İtaliya və Bəhreyn vətəndaşlarına rast gəlinir. Onların ümumi sayı 40-a yaxın olub.

Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş ediblər. Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmizin ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradıb.

Prime Leasing