SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Vəzifəsindən azad edilən qalmaqallı xanım nazir müavinindən rəqs paylaşımı

Vəzifəsindən azad edilən qalmaqallı xanım nazir müavinindən rəqs paylaşımı

  • 28 avqust 2025, 13:10

Gənclər və idman nazirinin sabiq müavini Mariana Vasileva uzun müddətdən sonra sosial mediada şənlik mərasimindən paylaşım edib.

Yurd.Media xəbər verir ki, M. Vasileva İnstagram sosial hesabından postu "Rəqs, yaxşı əhval-ruhiyyə və əlbəttə ki, selfi üçün vaxt" başlığı ilə paylaşıb.

Qeyd edək ki, Mariana Vasileva bu ilin yanvar ayında gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib. Buna səbəb kimi Azərbaycan milli komandasının sabiq baş məşqçisi, Mariana Vasilevanın idmançılara qarşı fiziki zorakılıqda ittiham edilməsinə görə Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyasının Azərbaycan Gimnastika Federasiyasını (AGF) Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən tədbirlərdə iştirakdan 180 gün kənarlaşdırması göstərilirdi. Onun özü isə ömürlük diskvalifikasiya edilib. 

Həmçinin, nazir müavini təyin ediləndən sonra Vasilevanın rəqs videosu da yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.

Prime Leasing