SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Naxçıvanda güclü külək bədbəxt hadisəyə səbəb olub

Naxçıvanda güclü külək bədbəxt hadisəyə səbəb olub

  • 11 sentyabr 2025, 23:12
Naxçıvan

Naxçıvan şəhərində güclü külək nəticəsində bədbəxt hadisə baş verib.

Yurd.Media xəbər verir ki, hadisə şəhərin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb.

Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb.

Xəsarət alan 68 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Prime Leasing
SPE Annual Caspian