SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Zərbəliyevin qalıqları Göyçayda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Zərbəliyevin qalıqları Göyçayda dəfn olunub

  • 12 sentyabr 2025, 13:15
Göyçay

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlunun qalıqları bu gün Göyçay rayonuna gətirilib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Potu kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay Şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Zərbəliyev Ayaz Əsgəralı oğlu 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonu, Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

Prime Leasing