SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Umicodan Duracell aldı, qabığın altından başqa batareya çıxdı - FOTO

"Umico"dan "Duracell" aldı, qabığın altından başqa batareya çıxdı - FOTO

Umico-dan batareya sifariş edən müştəri dələduzluq halı ilə qarşılaşıb.

Yurd.Media xəbər verir ki, Əli Şamilov adlı şəxsin sosial mediada paylaşdığı məlumata görə, "Umico"dan sifariş etdiyi "Duracell" batareyası əslində saxta imiş:

"Umico indiki adı ilə Birmarketdən "Duracell" batareyası sifariş etmişəm, gətiriblər. Amma batareya originala bənzəmirdi. Onun üz qabığını soyduqda gördüm ki, alt təbəqə əslində fərqli markaymış".

Müştəri şirkətin bu cür addımınsa təəssüfləndiyini qeyd edib:

"Haramçılıqla satış etməzlər. Bu, nə sizin kimi şirkətə yaraşır, nə də bizim millətə. Bununla nə oldu, büdcəniz 1 milyon manat artım etdi?!"

Prime Leasing