SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Ucarda görünməyən yol zolaqları: Piyadalar risk altında  - VİDEO

Ucarda görünməyən yol zolaqları: Piyadalar risk altında - VİDEO

Ucar

Ucar rayonunda görünməyən və ya boyası silinmiş zolaqlar sürücü və piyadalar üçün təhlükə yaradır.

Yurd.Media xəbər verir ki, rayonun mərkəzi küçə və prospektlərində piyada zolaqlarının olmaması artıq ciddi problemə çevrilib.

"Zolaqların silinməsi bir sürücü kimi bizi narahat edir. Gecə saatlarında piyadalarla buna görə mübahisə yaranır. Yağış yağanda isə ümumiyyətlə görünmür" – sürücülər bildirir.

Sakinlərin sözlərinə görə, zolaqların olmaması piyadaların vurulma riskini artırır:

"Zolaqlar görünmür, yenidən rənglənməsi lazımdır. Əks halda piyadalar üçün təhlükə yaradır. Burada iki məktəb var, məktəblilər hardan keçəcəklərini bilmirlər".

"Yolda nişanlar var, amma zolaq yoxdur. Belə olanda həm piyadalar, həm də sürücülər çətinlik çəkir. Piyadalar nişanı görür, amma zolaq olmadığı üçün hardan gəldi yolu keçirlər".

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi "Xəzər Xəbər"ə bildirib ki, regionlarda, o cümlədən Mərkəzi Aran rayonlarında yol nişanlanma xətlərinin yenilənməsi aparılır. Artıq Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir və Göyçayda işlər başa çatdırılıb. Plan üzrə Ucarda da nişanlanma işləri mərhələli şəkildə həyata keçiriləcək.

Prime Leasing
SPE Annual Caspian