SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Türkiyəli tələbələr üçün Bakıda il Sonu Məzuniyyət və Tələbə Görüşü keçirilib

Türkiyəli tələbələr üçün Bakıda il Sonu Məzuniyyət və Tələbə Görüşü keçirilib

  • 18 iyun 2025, 17:05

Azərbaycan Universitetlər Türkiyə Cümhuriyyəti Tələbələr Birliyinin (AZTÜRKBİR) təşkilatçılığı ilə Bakıda İl Sonu Məzuniyyət və Tələbə Görüşü Proqramı keçirilib.

Yurd.Media xəbər verir ki, proqramda Azərbaycanda ali təhsil alan türkiyəli tələbələr məzuniyyət sevincini birlikdə bölüşərək, eyni zamanda iki qardaş ölkə – Türkiyə və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri bir daha vurğulanıb. Tədbir zamanı məzun olan tələbələrə plaket və təşəkkürnamələr təqdim edilib.

Tədbirdə iştirak edən bir çox yüksək səviyyəli qonaqlar arasında AZTÜRKBİR və Gənc MÜSİAD Azərbaycan prezidenti Akif Başoğlu və rəhbərliyi, Türkiyə Respublikasının Bakıdakı səfirliyinin nümayəndələri, Türkiyə Gənclər və İdman Nazirinin müavini Enes Eminoğlu, MÜSİAD Azərbaycan prezidenti Rəşad Cabirli və İdarə Heyəti, ATİB nümayəndələri, universitet rəhbərləri, vətəndaş cəmiyyəti və biznes sektorunun təmsilçiləri, eləcə də türk və azərbaycanlı tələbələr yer alır.

Qeyd edək ki, AZTÜRKBİR 2021-ci ildə MÜSİAD Azərbaycanın dəstəyi və Türkiyə Cümhuriyyəti Bakı Təhsil Müşavirliyinin nəzarəti altında, Türkiyədən olan tələbə liderlərinin təşəbbüsü ilə yaradılıb. Birlik, tələbələr arasında həmrəylik ruhunun möhkəmlənməsinə, qarşılaşılan problemlərin həllinə və məzunların vətəninə töhfə verə biləcək bir şəxsiyyət kimi formalaşmasına dəstək göstərməyi əsas hədəf sayır.

Tədbir MÜSİAD Azərbaycan ictimai birliyi və Türkiyə Cümhuriyyətinin Bakı səfirliyinin təhsil müşavirliyinin tərəfdaşlığı ilə, eyni zamanda Türkiyənin Aydın Universiteti, Polymart MMC, Avis Tibbi Market, Zivella, Gültekin Logistics, Vioala Home və MF Logistics şirkətlərinin sponsorluğu ilə baş tutmuşdur.

Prime Leasing