SÜJET
"Baku Bus" sürücüsü şirkətin avtobuslarında çəkdiyi videolar ilə sosial şəbəkə fenomeninə çevrilib.
Yurd.Media xəbər verir ki, "TikTok" sosial şəbəkəsində müxtəlif mahnıların fonunda öz iş yoldaşları ilə çəkdiyi videolar müzakirələrə səbəb olub.
Şərhlərdə istifadəçilər yarızarafat, yarıciddi "Biz də dayanacaqda oturub avtobus gözləyirik" kimi şərhlər yazırlar.
Əsas sual doğuran məqam isə şirkət əməkdaşlarının, xüsusilə sürücülərin iş geyimində olduqları halda sosial şəbəkələrdə əyləncə xarakterli paylaşım etmələrinin "Baku Bus"ın daxili nizamnaməsi ilə nə dərəcədə uyğun olmasıdır.