SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Satışda olan qarpız və yemişdəki pestisidlər yoxlanıldı

Satışda olan qarpız və yemişdəki pestisidlər yoxlanıldı

  • 01 avqust 2025, 18:49

Azərbaycanda qarpız və yemişin laborator müayinələri aparılıb.

Yurd.Media xəbər verir ki, yay aylarında əhali tərəfindən geniş şəkildə istehlak olunan qarpız və yemiş məhsulları üzrə cari mövsümdə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər həyata keçirilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb.

Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.

Prime Leasing