SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Türk dövlətlərinin hökumət başçıları Bakıda bəyanat qəbul etdi

Türk dövlətlərinin hökumət başçıları Bakıda bəyanat qəbul etdi

Türk dövlətlərinin hökumət başçıları Bakıda bəyanat qəbul edib.

Yurd.Media xəbər verir ki, Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü başa çatıb.

Baş nazir Əli Əsədov yekun nitqi ilə çıxış edərək gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələr aparıldığını bildirib.

"Hörmətli həmkarlarımın çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirildi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır", - o qeyd edib.

Ə.Əsədov tədbirin yekunu olaraq birgə bəyanat qəbul edildiyini açıqlayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları