SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Turan Transport” xaricə köçürdüyü 20 min avronun sənədlərini təqdim etməyib – MƏHKƏMƏ

“Turan Transport” xaricə köçürdüyü 20 min avronun sənədlərini təqdim etməyib – MƏHKƏMƏ

  • 15 sentyabr 2026, 17:14

“Turan Transport Nəqliyyat Ekspedisiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində iş qaldırılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 20 min avro məbləğində valyuta vəsaitini avans qaydasında ölkə xaricinə köçürüb. 

Lakin ödəniş tarixindən iki il ərzində həmin vəsait müqabilində malların idxalını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyib, eyni zamanda ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb. 

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “Turan Transport Nəqliyyat Ekspedisiyası Kompaniyası” inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizi məbləğində, yəni 4 min avro məbləğində cərimə edilib.

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa, Qafqaz, Orta Asiya, Yaxın Şərq regionlarına yükdaşımaları icra edən “Turan Transport" 2014-cü ildən fəaliyyət göstərir. “TIR park”ında 100-dən artıq yük avtonəqliyyat vasitələri olan şirkətin rəhbəri Rövşən İsgəndərlidir.

Skat.az - Ev və Avtomobil elanları