SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur

Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur

  • 09 avqust 2025, 00:15

Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirəcəyik.

Yurd.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

ABŞ lideri bildirib ki, 99 il ərzində Azərbaycanla Naxçıvanı birləşdirəcək yol icarəyə götürüləcək:

"Bu, bölgə üçün əhəmiyyətlidir. Həmçinin, ABŞ hər iki ölkə ilə süni intellekt və enerji sahəsində sənədlər imzalayacaq. Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirəcəyik. Bu çox böyük uğurdur. Bundan çox məmnunuq. Dünyaya sabitlik gətiririk".

Prime Leasing