SÜJET
Lökbatanda dağılan asfalt sakinlərin narazılığına səbəb olub.
Yurd.Media “ATV Xəbər”ə istinadən xəbər verir ki, Lökbatan qəsəbəsinin 21-ci Lökbatan küçəsində, təxminən 150-200 metr uzunluğunda ərazidə asfalt örtüyü dağılıb.
Sakinlərin sözlərinə görə, yağıntılardan sonra yolun vəziyyəti daha da pisləşir. Yay aylarında isə toz-torpaq səbəbindən evdə oturmaq mümkün olmur. Yaranan vəziyyət uşaqların dərsə getməsinə də maneə törədir.
Məsələ ilə bağlı Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət olunub. Nümayəndəliyin bildirdiyinə görə, qəsəbədaxili avtomobil yollarında asfaltlanma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Hər il Agentliklə Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları birgə monitorinqlər aparır və təmirə ehtiyacı olan yolların dislokasiyası müəyyənləşdirilir. Hazırda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.