Bu il dekabrın 1-nə Azərbaycan 83,5 milyard ABŞ dolları valyuta ehtiyatlarına malik olub.
Yurd.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.
Xatırladaq ki, noyabrın 1-nə sözügedən göstərici 82,5 milyard dollar olub. Başqa sözlə, Azərbaycan ötən ay valyuta ehtiyatlarını 1 milyard dollar artırıb.