Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.
Yurd.Media xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq.
Bu gün ümumilikdə 180 zəvvar Azərbaycana yollanacaq. Günün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla saat 15:50-də yola düşəcək.
Zəvvarlardan ibarət digər təyyarələr gündə 2 reys olmaqla 7 və 9 iyunda yola düşəcəklər.
Xatırladaq ki, bu il ümumilikdə 1150 nəfər Həcc ziyarətinə gedib.//APA