SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“BakıKart”ın operatoru CƏZALANDIRILDI

“BakıKart”ın operatoru CƏZALANDIRILDI

  • 05 iyun 2026, 18:28

“BakıKart”ın operatoru böyük məbləğdə cərimələnib.

Azərbaycan Mərkəzi Bankından Yurd.Media-ya bildirilib ki, “BakıKart”ın operatoru olan “K Group” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Məlumata görə, tənzimləyici tərəfindən 02.06.2025 - 03.07.2025-ci il tarixlərində “K Group” MMC-də keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq, “K Group” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən 4 000 manat məbləğində cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları