SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bu elmi istehsalat birlikləri ləğv edildi

Bu elmi istehsalat birlikləri ləğv edildi

  • 08 dekabr 2025, 20:54

Baş nazir Əli Əsədov 3 elmi istehsalat birliyin ləğv edilməsi ilə bağlı qərar imzalayıb.

Yurd.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki "Nafta", "Aşqar" və "Kompozit" elmi istehsalat birlikləri ləğv edilib.

Elm və Təhsil Nazirliyi "Nafta" Elmi İstehsalat Birliyinin, "Aşqar" Elmi İstehsalat Birliyinin və "Kompozit" Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Prime Leasing
SPE Annual Caspian