“Qala Sığorta” ASC Qarabağ Dirçəliş Fondunun 43 əməkdaşının könüllü tibbi və 3 nəqliyyat vasitəsinin KASKO sığortalanması ilə bağlı elan edilmiş açıq tenderin qalibi olub.
Bu barədə dövlət satınalmalarının vahid internet portalında bildirilir.
Məlumata əsasən, tərəflər arasında 21 231 manatlıq satınalma müqaviləsi imzalanıb.
Ötən il bu tenderdə "A-Qrup Sığorta" ASC qalib elan edilib. Şirkət göstərdiyi xidmət üçün 22 325 manat haqq alıb.